SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ukrayna Prezidenti İlham Əliyevə zəng vurub

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlar barədə Ukrayna Prezidentini məlumatlandırıb

BAKI, 22 sentyabr — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti yayıb.

Məlumata görə, dövlət başçıları pandemiya ilə mübarizə sahəsində Ukraynada və Azərbaycanda həyata keçirilən işlərdən danışıblar.

Söhbət zamanı Vladimir Zelenski bildirib ki, Ukraynanın yeni milli təhlükəsizlik strategiyasında Azərbaycan strateji tərəfdaş kimi göstərilib.

Prezident İlham Əliyev, öz növbəsində, qeyd edib ki, Azərbaycan üçün də Ukrayna strateji tərəfdaşdır.

Dövlət başçıları Ukraynanın və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü məsələlərində ölkələrimizin bir-birini dəstəklədiyini qeyd ediblər.

Telefon söhbəti zamanı enerji, nəqliyyat, investisiya, aviasiya sənayesi, kənd təsərrüfatı, turizm, humanitar və idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün konkret addımların atılmasının zəruriliyi qeyd edilib.

Prezident İlham Əliyev Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təxribatlar barədə Ukrayna Prezidentini məlumatlandırıb.

Xəbər lenti
0