04:54 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
117610

Azərbaycan Prezidenti: "Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Sən necə müstəqil ölkəsən ki, sən öz qərarını qəbul edə bilmirsən. Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur".

BAKI, 19 sentyabr — Sputnik. Prezident İlham Əliyev Ermənistanın Corc Soros tərəfindən idarə edildiyini deyib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan telekanallarına müsahibə verən Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı "Soros rejimini məhsulu" adlandırıb. İlham Əliyev deyib:

"Müstəqillik Ermənistanda formal xarakter daşıyır. Sən necə müstəqil ölkəsən ki, sən öz qərarını qəbul edə bilmirsən. Necə müstəqil ölkəsən ki, səni idarə edən Sorosdur. Paşinyan Soros rejiminin məhsuludur. Bu gün Ermənistanda söz sahibi Sorosdur. Baxın, Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına. Hamısı ya Sorosdan, ya "Transperensy"dən, ya da ki, digər insan hüquqları təşkilatlarındandır. Onlar bu gün Ermənistanda baş verən despotik hərəkətlərə göz yumurlar".

Azərbaycan Prezidenti beynəlxalq hüquq-müdafiə təşkilatlarının Ermənistanda baş verən cinayətlərə göz yummasını da hər ikisinin eyni sponsor tərəfindən idarə olunması ilə izah edib:

"Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölüb, heç bir təşkilat heç məsələ qaldırmayıb: "Ermənistanda indi iki prezident məsuliyyətə cəlb edilib, cinayət işi açılıb, iki keçmiş prezident, sırf siyasi fəaliyyətlərinə görə, bunu hər kəs bilir, buna göz yumulur. Əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürülüb, buna heç bir reaksiya vermirlər. Avropa Şurası niyə susur? Ermənistan üzrə məruzəçilər niyə susur? "Freedom House", "Human Rights Watch", "Amnesty International" niyə susur? Sorosa görə. Soros Ermənistanın başçısıdır, Soros həmin bu dırnaqarası hüquq müdafiəsi təşkilatlarının sponsorudur. Onların sponsoru birdir", - deyə Azərbaycan Prezidenti qeyd edib.

Əlaqədar

Prezident: Çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi
Azərbaycan Prezidenti: “Neft bizim üçün məqsəd deyil"
Əliyev Paşinyan haqda: Biz şərt dili ilə danışmaq istəsək, onun siyasi ömrü çox çəkməyəcək
Teqlər:
Corc Soros, Azərbaycan, Ermənistan, Ermənistanın baş naziri Nikol Paşinyan, Nikol Paşinyan, Prezident İlham Əliyev, İlham Əliyev

Əsas mövzular