03:26 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
28 0 0

Həkim Adil Qeybulla bildirib ki, hazırda Tofiq Yaqublunun səhhəti kafidir, vəziyyətinə uyğun olaraq, bu gün və ya sabah evə buraxılacaq.

BAKI, 18 sentyabr — Sputnik. Müsavat Partiyasının fəalı Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Yaqublunun həkimi Adil Qeybulla məlumat verib.

Həkim bildirib ki, hazırda Tofiq Yaqublunun səhhəti kafidir. Müsavat Partiyasının fəalı Tofiq Yaqublu artıq xəstəxanadan evə buraxılıb. O, müalicə aldığı "City Hospital"ın qarşısında jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, Penitensiar Xidmət həbsdə olan müsavatçı Tofiq Yaqublu ilə bağlı rəsmi açıqlama yayıb. Sputnik Azərbaycan Pentensiar Xidmətin məlumatına istinadla xəbər verir ki, məhkəmənin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Tofiq Yaqublu Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saxlanıldığı 3 saylı istintaq təcridxanasında 02.09.2020-ci il tarixdən yemək qəbulundan imtina edilib, bununla əlaqədar səhhəti həkim nəzarətinə götürülərək o, təcridxananın tibb məntəqəsinə köçürülüb.

Eyni zamanda xahişi ilə şəxsən tanıdığı mülki sektorun həkimi Adil Qeybullanın konsultasiyası təşkil edilmiş, A.Qeybulla onun səhhətinə gündəlik nəzarət edilməsi və müalicəsinin aparılması üçün çalışdığı xəstəxanaya – "City Hospital"a köçürülməsini xahiş edib.

Bununla əlaqədar T.Yaqublunun səhhətinə qayğı və həssaslıqla yanaşılaraq o, 12.09.2020-ci il tarixdə həmin xəstəxanaya yerləşdirilib.

17.09.2020-ci il tarixdə T.Yaqublu "City Hospital"da TƏBİB-in və Ədliyyə Nazirliyinin Tibb xidmətinin həkimləri tərəfindən birgə müayinə olunub və vəziyyətinin orta ağırlıqda stabil olduğu müəyyən edilib.

Hazırda T.Yaqublunun fizioloji göstəriciləri normal olsa da, o, əsasən yataqdadır, başgicəllənmədən, ümumi halsızlıqdan şikayət edir. Hazırkı durumu onun məhkəmə prosesində iştirakına çətinlik törədir.

T.Yaqublunun müdafiəsini həyata keçirən vəkillərin hökmdən verdikləri apelyasiya şikayətləri və barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsinə dair vəsatəti Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğundan, Tibb xidməti tərəfindən onun səhhət durumunun nəzərə alınması ilə bağlı məhkəməyə müraciət edilib.

Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində keçirilmiş ilkin baxış zamanı məhkəmə humanistlik göstərərək T.Yaqublunun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Teqlər:
TƏBİB, Penitensiar xidmət, Tofiq Yaqublu

Əsas mövzular