CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Seyid Abbas Musəvi: "Mən özümü Azərbaycanda, Bakıda qərib hiss etmirəm"

Abunə olmaq
Seyid Abbas Musəvi: Azərbaycan və İran arasında olan müştərək bağlar heç bir digər ölkələr arasında yoxdur.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 sentyabr - Sputnik. Azərbaycan və İran arasında olan müştərək bağlar heç bir digər ölkələr arasında yoxdur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi bildirib. Səfir ölkəmizdə özünü qərib hiss etmədiyini deyib: 

"Məhz bu bağlara görə mən özümü Azərbaycanda, Bakıda qərib hiss etmirəm. Ölkələrimiz, xalqlarımız və hər iki ölkənin prezidentləri arasında sıx əlaqələr var. İran İslam Respublikası və Azərbaycan Respublikası arasında mümasibətlər tarix boyu heç vaxt indiki kimi sıx və yaxın olmayıb".

O qeyd edib ki, İran üçün qonşu ölkələrlə münasibət prioritet təşkil edir. "Bizim Azərbaycanla əlaqələrimiz digər ölkələr üçün nümunədir. Azərbaycanın İran üçün xüsusi yer var", - deyə İranın Azərbaycandakı səfiri qeyd edib.

Diplomat vurğulayıb ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir və buna hörmətlə yanaşır: "Ölkələrimiz arasında siyasi əlaqələrimiz çox yaxşı səviyyədədir, lakin çox təəssüf ki, ölkələr arasında iqtisadi münasibətlər siyasi səviyyədə deyil. Mən səfir olduğum müddətdə çalışacağam ki, iqtisadi münasibətlər də inkişaf edərək siyasi səviyyəyə çatsın".

Xəbər lenti
0