11:22 26 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
12 0 0

"Bizim Bəhreynlə münasibətlərimiz BƏƏ ilə münasibətlərimizdən fərqlidir. Onlar xüsusi və unikaldırlar. Söhbət bölgəni irəli aparmaqdan gedir" - Donald Trampın kürəkəni deyib.

BAKI, 13 sentyabr — Sputnik. Ərəb ölkələrinin İsrail ilə münasibətlərini normallaşdırması üçün imzalanan iki sövdələşmə müsəlman dövlətlərin öz milli maraqlarını fələstinlilərin maraqlarından üstün tutmasına imkan verəcək.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bunu Ağ Evin baş məsləhətçisi və Prezident Donald Trampın kürəkəni Cared Kuşner deyib.

Bəhreynin İsraillə müqavilə imzalamaq məsələsində Birləşmiş Ərəb Əmirliklərinin yolu ilə gedəcəyi məlum olduqdan sonra Kuşner İsrailin bütün müsəlmanların Qüdsdəki Məscidi-Əqsanı ziyarət etməsinə icazə vermə öhdəliyinin olduğunu vurğulayıb.

"Bu, müsəlman dünyasındakı gərginliyi azaldacaq və insanların Fələstin məsələsini öz milli maraqlarından ayırmalarına imkan verəcək. Onların xarici siyasəti əslində öz daxili prioritetlərinə yönəlməlidir" deyə Kuşner əlavə edib.

"Bu müqavilələr sayəsində dünyanın hər yerində olan müsəlmanlar, istər BƏƏ, istərsə də, Bəhreyn üzərindən İsrailə gedə biləcək" deyən məmur vurğulayıb ki, bu insanlar Məscidi-Əqsanı ziyarət edə və "Facebook" və "İnstagram"dakı dostlarına məscidin açıq olduğunu və İsrailin onların dininə hörmət etdiyini göstərə biləcəklər.

"Bizim Bəhreynlə münasibətlərimiz BƏƏ ilə münasibətlərimizdən fərqlidir. Onlar xüsusi və unikaldırlar. Söhbət bölgəni irəli aparmaqdan gedir" - Donald Trampın kürəkəni deyib.

Kuşner, Bəhreyndə bir sinaqoq olduğunu deyib və Kral Həməd ibn İsa əl Xəlifəyə onun "şərəfinə yazılan" Tövrat kitabını  təqdim etdiyini xatırladıb.

Onun sözlərinə görə, ABŞ krallıqdakı hərbi qüvvələrini gücləndirməyə davam edəcək.

"İsrail və BƏƏ arasındakı münasibətləri normallaşdırmaq üçün müqavilə gözlədiyimizdən daha populyar oldu, buna görə də, növbəti sövdələşmə bu qədər sürətlə bağlandı" - deyə o bildirib.

Əsas mövzular