13:37 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
1510

"Paris öz növbəsində Aralıq dənizində baş verənləri izləməlidir, çünki bu region Fransa və digər Cənubi Avropa ölkələrinin məsuliyyət dairəsindədir"

BAKI, 11 sentyabr — Sputnik. "Tarixi güclər"in vəziyyəti gərginləşdirmək cəhdləri ilə əlaqədar Aralıq dənizi regionu münaqişələr teatrına çevrilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

"Tarixi güclər öz hegemon motivlərini əsas götürərək regionda vəziyyəti gərginləşdirmək istəyirlər. Bununla bağlı Türkiyə və Rusiyanın rolu bizi narahat edir", - deyə Makron qeyd edib.

O qeyd edib ki, regionun ən böyük problemlərindən biri miqrasiya axınlarının tənzimlənməsidir.

Makron qeyd edib ki, Paris öz növbəsində Aralıq dənizində baş verənləri izləməlidir: "Çünki bu region Fransa və digər Cənubi Avropa ölkələrinin məsuliyyət dairəsindədir".

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin, Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq, geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanlarının birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir. Fransa isə öz növbəsində bu gərginlikdə Yunanıstan və Kipri dəstəkləyir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsi isə Kipr Respublikasının nəzarəti altındadır.

Əlaqədar

Üç gərgin tərəf, bir Lavrov və ABŞ - Ərdoğana verilən mesaj Qarabağı xatırlatdı
Rusiyadan Türkiyəyə gözlənilməz dəstək: "Narahatıq, vasitəçiliyə hazırıq"
Prezident: "Ermənistan-Yunanıstan-Kipr hərbi əməkdaşlıq formatı bizi narahat edir"
Ərdoğan: "Ankara regionda səhnəarxası oyunlardan yorulub"
İki NATO ölkəsi arasında hərbi münaqişə reallığa çevrilir - Aralıq dənizində qarşıdurma

Əsas mövzular