15:35 19 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
71 0 0

B.Hacıyev Naxçıvanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və turizm potensialı haqqında geniş məlumatlar verib

BAKI, 9 sentyabr — Sputnik. Əlcəzairin Azərbaycandakı səfiri Səlimə Abdelhaq Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.

Səfirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, əvvəlcə B.Hacıyev səfirə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun salamlarını çatdırıb və Səlimə Abdelhaqın Azərbaycana səfir təyin edildikdən sonra Əlcəzair səfirliyinə ilk təbrik teleqramını göndərdiyini qeyd edib.

  • Görüş zamanı
    © Photo : Embassy of Algeria to Baku
  • Görüş zamanı
    © Photo : Embassy of Algeria to Baku
  • Görüş zamanı
    © Photo : Embassy of Algeria to Baku
1 / 3
© Photo : Embassy of Algeria to Baku
Görüş zamanı

Daha sonra B.Hacıyev Naxçıvanın tarixi, mədəniyyəti, coğrafi mövqeyi və turizm potensialı haqqında geniş məlumatlar verib.

Daimi nümayəndəliyin rəhbəri Qarabağ məsələsinə də toxunub və ermənilərin tarixi Azərbaycan torpaqlarının işğal etməsi məsələsini vurğulayıb.

Səfir isə öz növbəsində Naxçıvan Muxtar Respublikası haqqında məlumatlı olduğunu qeyd edib, həmçinin gələcəkdə əlaqələrin genişləndirilməsi və müxtəlif istiqamətlərdə əməkdaşlıq münasibətlərinin qurulmasından söhbət açıb.

Teqlər:
əlaqələr, səfir, Əlcəzair, Naxçıvan

Əsas mövzular