05:25 22 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
103140

Türkiyə bu baxımından əvəzsiz rol oynayır və bizə düşmənin torpaqlarımızı ələ keçirməyə yönələn cəhdlərinə qarşı güc verir, döyüş cəsarəti verir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. "İyulun 12-dən etibarən Tovuz bölgəsində meydana gələn hadisənin ilk anından etibarən biz Türkiyənin böyük dəstəyini hiss etdik". Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibəti və Tovuz hadisələri barədə hazırladığı "Bir millət, iki dövlət" sənədli filmində çıxışı zamanı Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov bildirib.

"Azərbaycan üçün təhlükəsizlik baxımından Türkiyənin önəmi qiymətsizdir. Türkiyə bu baxımından əvəzsiz rol oynayır və bizə düşmənin torpaqlarımızı ələ keçirməyə yönələn cəhdlərinə qarşı güc verir, döyüş cəsarəti verir. Eyni zamanda əməliyyatları başladıb və işğal altında olan torpaqlarımızı azad etməyə hazır olmaq üçün bizə cəsarət verir", - deyə general-mayor Hüseyn Mahmudov qeyd edib.

Qeyd edək ki, iyulun 12-si günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejimini kobud surətdə pozaraq Azərbaycan SQ-nin mövqelərini artilleriya qurğularından atəşə tutublar. Azərbaycan ordusunun mövqelərinin ələ keçirilməsi məqsədilə Ermənistanın hərbi hissələri hücuma keçməyə cəhd göstərib. Cavab tədbirlərilə onlar itki verərək geri oturdulublar.

Ermənilərin hücumunu dəf edərkən AR SQ-nin müddətdən artıq xidmət keçən hərbi qulluqçuları serjant Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olublar.

İyulun 13-nə keçən gecə sərhəddə vəziyyət yenidən gərginləşib. Ermənistanın silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 mm-lik minomyotlardan atəşə tutub. Azərbaycan ordusu artilleriya, minomyot və tankları hərəkətə gətirərək dəqiq atəşlə Ermənistan SQ-nin hərbi hissəsinin ərazisində yerləşən dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsini məhv edib.

Döyüşlər zamanı Azərbaycan ordusunun hərbçisi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

İyulun 14-ü səhər Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri yenidən atəşə tutulub. Hücumun dəf edilməsi zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, gizirlər İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq xidmət keçən Elçin Mustafazadə şəhid olublar.

İyulun 16-da Ermənistan SQ Azərbaycan mövqelərinə yenidən hücum etməyə cəhd göstərib. Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndləri iriçaplı silahlardan və minomyotlardan atəşə tutulub.

Döyüşlər zamanı hərbçimiz, müddətdən artıq hərbi xidmət keçən əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

Əlaqədar

Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilib - VİDEO
Politoloq: “Avropa Birliyi Türkiyəyə qarşı çıxan dövlətlərə dəstək verir”
Azərbaycan Prezidenti: "Bütün məsələlərdə Türkiyənin yanında olacağıq"
Ərdoğan: "Ankara regionda səhnəarxası oyunlardan yorulub"
Metyu Brayza da şikayət etdi: “Minsk qrupu vasitəçilik rolunu yerinə yetirə bilmir”

Əsas mövzular