CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəbhədə son durum

© Sputnik / Murad OrujovCavab atəşi, arxiv şəkli
Cavab atəşi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 28 dəfə pozub

BAKI, 30 avqust - Sputnik. Ermənistan Respublikası Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində, Çəmbərək rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti
0