21:45 26 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
4210

Ceyhun Bayramov bəyan edib ki, erməni tərəfinin provokasiyası təsadüfi hərbi toqquşma deyil: “Biz dövlət sərhədinin Tovuz sahəsində hücuma Ermənistanın Azərbaycana qarşı növbəti təcavüz aktı kimi baxırıq"

BAKI, 25 avqust – Sputnik. "Əvvəla, münaqişə zonasında atəşkəs rejiminin monitorinq mexanizmi artıq mövcuddur. Bu funksiyaları ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişə üzrə şəxsi nümayəndəsi Andjey Kaspşikin rəhbərlik etdiyi missiya həyata keçirir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu TASS agentliyinə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov atəşkəs rejiminin nəzarətdə saxlanılması ilə bağlı müxtəlif beynəlxalq mexanizmlərin cəlb olunmasının vacibliyi ilə əlaqədar suala cavabında bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi öz hərbi təcavüzünün nəticələrini möhkəmləndirməyə, danışıqlar prosesini uzatmağa və ikinci dərəcəli vəzifələrin həllinə çalışır: "Biz əsas vəzifələrin həllində cəmləşməyi zəruri hesab edirik. Gərginliyin olmasının əsas səbəbi Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsidir. Ona görə də işğalın özünün aradan qaldırılması, yəni, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılması lazımdır. İşğalçı qüvvələrin çıxarılması cədvəlinin razılaşdırılması danışıqların predmeti olmalıdır. Monitorinq məsələsini qoşunların çıxarılması və qovulmuş əhalinin geri qaytarılması kontekstində nəzərdən keçiririk. Bu istiqamətdə növbəti fəaliyyət ərazilərin azad edilməsi ilə sinxronlaşdırılmalıdır", -deyə Azərbaycan XİN başçısı vurğulayıb.

Nazir bu ilin iyul ayında baş vermiş sərhəd münaqişəsindən sonra Azərbaycan və Ermənistan sərhədində vəziyyətin qeyri-sabit olaraq qaldığını deyib: "Hərbi baxımdan vəziyyət qeyri-sabit olaraq qalır. Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmağa davam edir".

Azərbaycan XİN başçısı regionda təhlükəsizliyin təmin olunması və təxribatların qarşısının alınması üçün işğalçı qoşunların Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasının vacibliyini qeyd edib.

"Bu planda biz ümid edirik ki, beynəlxalq ictimaiyyət, ilk növbədə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Ermənistanı status-kvonun saxlanılması siyasətindən imtina etməyə və substantiv danışıqlara başlamağa məcbur edəcək", - deyə nazir bildirib.

C. Bayramov bu danışıqların çərçivələrini BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarları, xüsusi ilə də 1994-cü ilin Budapeşt sammitinin sənədlərinin təşkil etdiyini qeyd edib: “Bu sənəddə həmsədrlər qarşısında silahlı münaqişənin dayandırılması barədə razılığa gəlmək haqqında sazişin ən qısa müddətdə imzalanması kimi dəqiq tapşırıq qoyulub”.

XİN rəhbəri bildirib ki, erməni tərəfinin provokasiyası təsadüfi hərbi toqquşma deyil: “Biz dövlət sərhədinin Tovuz sahəsində hücuma Ermənistanın Azərbaycana qarşı növbəti təcavüz aktı kimi baxırıq. Ermənistan Azərbaycanın yeni ərazilərini ələ keçirmək məqsədi güdür. Bu hərbi hücum Ermənistan tərəfindən əvvəlcədən, bu ölkənin müdafiə nazirinin "əlverişli təhlükəsizlik vəziyyəti yaratmaq üçün qabaqlayıcı zərbələr" və "yeni ərazilər üçün yeni müharibə" bəyanatına əsasən yeni hərbi strategiya əsasında planlaşdırılıb. Bu təcavüzkar hərbi doktrina əsasında hərəkət edən Ermənistan bu hücumu hərbi və siyasi hesablamalarına əsasən həyata keçirib. Ermənistan sərhədin Tovuz hissəsini qəfil hücum üçün daha uyğun yer hesab edib. Döyüşlərin miqyası və intensivliyi göstərir ki, erməni tərəfi bu hücumu əvvəlcədən planlaşdırıb və aktiv hərbi fəaliyyətlərin, böyük sayda silah və döyüş sursatlarının olmadığı əraziyə cəmlənib. Azərbaycanın sərhəd ərazilərinin və orada yerləşən mülki obyektlərin atəşə tutulmasının intensivliyi mülki əhali arasında təşviş yaratmaq və insanları evlərini tərk etməyə məcbur etmək məqsədi daşıyıb. Hücum Azərbaycanın böyük enerji və nəqliyyat infrastrukturu obyektlərinin yerləşdiyi bölgəsi istiqamətində həyata keçirilib. Təbii ki, Ermənistandakı pandemiya şəraitində kəskinləşən daxili siyasi, sosial və iqtisadi problemlər də onun silahlı hücumunun vaxtının seçiminə təsir göstərib”.

Qarabağ üzrə danışıqlar davam edəcək: ehtimal olunan vaxt açıqlandı

C. Bayramov bildirib ki, Azərbaycan Silahlı Qüvvələri hücumu dəf edib və öz mövqelərini qoruyub: “Ermənistanla sərhəddə hərbi vəziyyət gərgin olaraq qalır. Ermənistan Azərbaycanın mövqelərini atəşə tutmaqda davam edir. Ermənistanın Tovuza hücumu Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş və münaqişənin sülh yolu ilə həllinə xələl gətirən davamlı bəyanatları və hərəkətləri fonunda həyata keçirilib. Ermənistan rəhbərliyi açıq şəkildə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edir, ölkənin ikinci ən böyük şəhəri Gəncə də daxil olmaqla yaşayış məntəqələrinə hərbi zərbələr endirməklə hədələyir və danışıqların başlaması üçün absurd şərtlər irəli sürür. Gələcəkdə oxşar toqquşmaların qarşısını almağa gəldikdə isə, burada münaqişənin ilkin səbəblərinə diqqət yetirməliyik - bu, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və ərazilərimizin işğalıdır. Ona görə də hesab edirik ki, işğalçı qoşunların Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılması regionda təhlükəsizlik və sabitliyin təmin olunması və gələcəkdə bu kimi təxribatların təkrarlanmasının qarşısını almaq üçün vacibdir".

Əsas mövzular