04:49 22 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
54 0 0

Rusiyanın Müdafiə naziri səfəri çərçivəsində azərbaycanlı həmkarı Zakir Həsənovla görüşəcək. Onun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunacağı da nəzərdə tutulub

BAKI, 25 avqust — Sputnik. Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Azərbaycana işgüzar səfərə gəlib.

Sputnik Azərbaycan bildirir ki, S.Şoyqu "Ordu Oyunları-2020"nin "Dəniz kuboku" müsabiqəsinin açılış mərasimində iştirak edəcək.

Həmçinin Rusiyanın Müdafiə naziri səfəri çərçivəsində azərbaycanlı həmkarı Zakir Həsənovla görüşəcək. Onun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunacağı da nəzərdə tutulub.

Beynəlxalq "Dəniz kuboku" müsabiqəsi altıncı dəfədir, keçirilir. Azərbaycan bu müsabiqəni dördüncü dəfədir ki, qəbul edir.

"Ordu Oyunları-2020" avqustun 23-dən sentyabrın 5-dək keçirilir. Bu il yarışlar Azərbaycan, Belarus, Ermənistan,  Rusiya və Özbəkistan ərazisində keçiriləcək. Ümumilikdə Oyunlar 11 ölkənin ərazisində təşkil olunmalı idi. Ancaq İran, Hindistan, Qazaxıstan, Çin, Monqolustan və Şri-Lanka bu il oyunları qəbul etməyib.

Əsas mövzular