00:39 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
276731

Türkiyədə prezident seçkiləri ilə bağlı keçirilən "Cumhurbaşkanı kim olsun" sorğu anketində muxalifətçi seçicilər Mansur Yavaşa üstünlük veriblər.

BAKI, 13 avqust — Sputnik. Türkiyənin ADA araşdırma şirkəti seçicilərin ölkənin növbəti prezidenti postunda kimi görmək istədiklərinə aydınlıq gətirmək məqsədilə sorğu keçirib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, "Cumhurbaşkanı kim olsun" anketində muxalifətdən olan seçicilər Mansur Yavaşa üstünlük veriblər.

ADA-nın sorğu anketlərinin nəticələrinə əsasən, birinci yerdə rəqiblərindən böyük səs fərqi ilə hazıkı prezident Rəcəb Tayyib Ərdoğan qərarlaşıb. Muxalif təbəqənin seçimi isə Ankara Böyükşəhər Bələdiyyəsinin başqanı Mansur Yavaş olub. İstanbulun Bələdiyyə Başqanı Əkrəm İmamoğlu Yavaşdan sonra üçüncü sırada yer alıb.

Sorğu anketlərinin nəticələrinə görə, Ərdoğanın ən yaxın rəqibi Mansur Yavaş hesab olunub.

Son dövrlərdə Türkiyədə gündəmdən düşməyən erkən seçkilərlə bağlı müzakirələr ictimai rəyi öyrənən sorğu şirkətlərini də hərəkətə gətirib. Keçirdiyi sorğunun nəticələrini ictimaiyyətlə paylaşan son şirkət ADA olub. Şirkət apardığı anket sorğuda respondentlərə "Bu bazar günü prezident seçkiləri olsa, hansı namizədə səs verərsiz?" sualını ünvanlayıb. Sorğuların nəticələrinə görə, Ərdoğan ümumi səslərin 43,2 faizini toplayaraq birinci olub. İkinci yerdə qərarlaşan Mansur Yavaş isə səslərin 14%-ni qazanıb.

İstanbul Büyükşəhər Bələdiyyəsinin başqanı seçiləndən sonra kulislərdə muxalifətin prezidentliyə namizədi kimi adı hallanan Əkrəm İmamoğlu isə respondentlərin yalnız 13.8%-nin rəğbətini qazanıb.

Sorğunun nəticələrinə görə, İyi Partinın lideri Meral Akşənər dördüncü (6,8%), HDP lideri Səlahəddin Dəmirtaş (5,7%) beşinci, MHP lideri Dövlət Baxçalı (4,2%) altıncı, prezidentliyə keçmiş namizəd, CHP üzvü Məhərrəm İncə (3,7%) yeddinci, DSP sədri Əli Babacan (3,4%) səkkizinci, sabiq xarici işlər naziri Əhməd Davudoğlu (1,7%) doqquzuncu, ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılıcdaroğlu (1,2%) isə onuncu yerdə qərarlaşıb.

Əsas mövzular