CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev İsmayıllıda bir sıra obyektlərin açılışında iştirak edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində
Prezident İlham Əliyev İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində - Sputnik Azərbaycan
Abunə olmaq
İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

BAKI, 29 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da İsmayıllı rayonuna səfəri zamanı xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlətimizin başçısı Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyub.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev İsmayıllıda ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib
İlham Əliyev İsmayıllıda bir sıra obyektlərin açılışında iştirak edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev İsmayıllıda ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəz barədə məlumat verib.

Prezident İlham Əliyev mərkəzin təməlini qoyub.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində
İlham Əliyev İsmayıllıda bir sıra obyektlərin açılışında iştirak edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində

İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu (8 km) yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun yenidənqurmadan sonra açılış mərasimində
İlham Əliyev İsmayıllıda bir sıra obyektlərin açılışında iştirak edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Muğanlı-İsmayıllı-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun yenidənqurmadan sonra açılış mərasimində

Tədbir çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun da təqdimatı olub.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev İsmayıllıda modul tipli xəstəxananın açılışında
İlham Əliyev İsmayıllıda bir sıra obyektlərin açılışında iştirak edib - Sputnik Azərbaycan
Prezident İlham Əliyev İsmayıllıda modul tipli xəstəxananın açılışında

İyulun 29-da İsmayıllıda koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Xəbər lenti
0