SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan və Putin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər

© Sputnik / Mihail Klimentev / Mediabanka keçidПрезидент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган (слева) во время встречи
Президент РФ Владимир Путин и президент Турции Реджеп Тайип Эрдоган (слева) во время встречи - Sputnik Azərbaycan
Abunə olmaq
Liderər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində siyasi diplomatik yolla nizamlanmasının alternativsizliyi qeyd olunub.

BAKI, 27 iyul — Sputnik. Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

Президент России Владимир Путин - Sputnik Azərbaycan
SİYASƏT
Putin Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti dəyərləndirib

Sputnik Azərbaycan-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Türkiyə və Rusiya liderləri Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyətin gərginləşməsi barədə fikir mübadiləsi aparıblar.

Putin gərginliyin aradan qaldırılmasına kömək edəcək hər cür fəaliyyətə imkan verməyin vacibliyini qeyd edib. Hər iki tərəf münaqişəli vəziyyətin istisnasız sülh yolu ilə həllində maraqlı olduqlarını bildiriblər. Regionda sabitlik məqsədi ilə səylərin koordinasiyasına hazırlıq vurğulanıb.

Liderər tərəfindən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında Azərbaycan və Ermənistan xalqlarının maraqları çərçivəsində siyasi diplomatik yolla nizamlanmasının alternativsizliyi qeyd olunub.

Bundan başqa, Ərdoğan və Putin gündəmdə duran bir sıra aktual ikitərəfli məsələlərə toxunublar.

Putin türkiyəli həmkarını və Türkiyə xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə də təbrik edib.

Xəbər lenti
0