05:39 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
21 0 0

Azərbaycanın İsraillə 25 ildən artıqdır ki, dərin ikitərəfli münasibətlərinin olduğu və ölkəmizin İsraili tam olaraq tanıyan, diplomatik əlaqələr quran azsaylı müsəlman ölkələrindən olduğu qeyd edilib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. "The Jerusalem Post" qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla tanınmış jurnalist Mayyan Caffe Hofmanın müsahibəsi əsasında məqalə dərc edilib.

Ölkəmizin ABŞ-dakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məqalədə beynəlxalq hüququn norma və prinsipləri, bu kontekstdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ və İsrail-Fələstin münaqişələrinə toxunulub.

Azərbaycanın İsraillə 25 ildən artıqdır ki, dərin ikitərəfli münasibətlərinin olduğu və ölkəmizin İsraili tam olaraq tanıyan, diplomatik əlaqələr quran azsaylı müsəlman ölkələrindən olduğu qeyd edilib.

Səfir vurğulayıb ki, Amerika İsrail İctimai Əlaqələr Komitəsinin illik iclasında Azərbaycan yüksək səviyyədə təmsil olunub. Azərbaycanın İsraillə bu münasibətlərin digər müsəlman dövlətlərinə örnək olması qeyd olunur.

Səfir İsrailin müsəlman dövlətləri ilə daha yaxşı münasibətinin olduğu hazırki vəziyyətdə İordan çayının qərb sahili ilə bağlı anneksiya planlarını həyata keçirməsinin ona zərər verə biləcəyini bildirib.

Əksinə, digər yolun seçilməsi onun xoş məramından xəbər verər. Səfir deyib ki, ölkəmiz beynəlxalq hüquqa zidd gedərək anneksiya planını dəstəkləyə bilməz və bu İsrail-Fələstin münaqişəsinin Azərbaycan tərəfindən dəstəklənən "iki dövlət" (two state solution) həlli prinsipinə qarşıdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən səfir ölkəmizin beynəlxalq tanınmış ərazilərinin 20%-dən çoxunun Ermənistan tərəfindən işğal olunduğunu, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri ilə bu ərazilərin Azərbaycan ərazisi olmasının təsdiqləndiyini bildirir.

Əsas mövzular