SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bakıdan Ankaraya kritik səfər – Müdafiə nazirinin müavini Türkiyəyə gedib

© © Turkish Defense Ministry via AP, PoolМинистр обороны Турции Хулуси Акар, фото из архива
Министр обороны Турции Хулуси Акар, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti səhər saatlarında Türkiyənin Müdafiə naziri Hulusi Akarla görüşüb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 iyul — Sputnik. Azərbaycan Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfərə gedib. Sputnik Azərbaycan "Haber Global"-a istinadən xəbər verir ki, nazir müavini Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla görüşüb.

Məlumata əsasən Azərbaycanın Müdafiə nazirinin müavini Bakıdan "Airbus A319" tipli təyyarə ilə Ankaraya gəlib. Ramiz Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti səhər saatlarında Türkiyənin Müdafiə naziri Hulusi Akarla görüşüb. Görüşdə Ermənistan silahlı qüvvələrinin sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat müzakirə olunub. İki saat davam edən görüşdən sonra Ramiz Tahirov Azərbaycana geri dönüb.

Xəbər lenti
0