SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Xarici İşlər naziri təyin edildi, Məmmədyarov işdən çıxarıldı

© Sputnik / Irade JELILДжейхун Байрамов, фото из архива
Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xarici İşlər naziri Elmar Məmmədyarovun işdən çıxarılması, yerinə Ceyhun Bayramovun təyin edilməsi ilə bağlı sərəncam imzalayıb

BAKI, 16 iyul – Sputnik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Elmar Məmmədyarovu Xarici işlər naziri vəzifəsindən azad edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Prezident İlham Əliyevin digər sərəncamı ilə Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad olunaraq Xarici işlər naziri təyin edilib.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Xarici İşlər Nazirliyinin fəaliyyətini sərt tənqid edib:

"Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de.

Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim".

Xəbər lenti
0