10:56 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
25 0 0

Aİ tərəfləri atəşkəs rejiminə riayət etməyə, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları bərpa etməyə və əhalini sülhə hazırlamağa çağırır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Avropa İttifaqı Ermənistan və Azərbaycanı qarşıdurmanı dayandırmağa və gərginliyin azalması üzrə tədbirlər görməyə çağırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət üzrə press ofisi bəyanat yayıb.

"Aİ hər iki tərəfi silahlı qarşıdurmanı dayandırmağa, gərginliyə səbəb olan hərəkətlər və ritorikadan çəkinməyə və gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır", - deyə bəyanatda bildirilir.

Qeyd olunur ki, bu kontekstdə hər iki tərəf birbaşa ünsiyyət mexanizmindən, həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rəhbərlik etdiyi müəyyən edilmiş formatdan istifadə etməlidir: "Atəşkəs rejiminin belə ciddi şəkildə pozulması, vəziyyət imkan verən kimi, ATƏT-in ərazidə monitorinqini bərpa etməsinin vacibliyini vurğulayır".

Aİ tərəfləri atəşkəs rejiminə riayət etməyə, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları bərpa etməyə və əhalini sülhə hazırlamağa çağırır.

Qeyd edək ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfin itki verdiyi bildirilir. Belə ki, Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

Əsas mövzular