DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Səylərimizi əsirgəməyəcəyik: ABŞ Şimali Koreya ilə dialoqa hazır olduğunu deyib

© AFP 2023 / KIM WON-JINФанаты Северной Кореи развевают флаги, фото из архива
Фанаты Северной Кореи развевают флаги, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz Koreya yarımadasında sülhə nail olmaq üçün səylərimizi əsirgəməyəcəyik. Prezident Tramp bizi bu səylərdə tamamilə dəstəkləyir", - Biqan bildirib.

BAKI, 8 iyul — Sputnik. ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqan bildirib ki, ölkəsi koreyalararası əməkdaşlığın vacibliyini anlayır və Pxenyan ilə dialoqa hazırdır.

Sputnik Azərbaycan "Yonhap" agentliyinə istinadən xəbər verir ki, Biqan Şimali Koreyanın dialoq üçün yalnız səlahiyyətli səfir təyin etməli olduğunu bildirib.

Biqan iyulun 7-də Seula səfərə gedib və artıq Cənubi Koreyanın əsas diplomatları ilə görüşlər keçirib. Tərəflər Şimali Koreyanı, koronavirusu və Cənubi Koreyanın ABŞ ilə əməkdaşlığını müzakirə ediblər.

Bundan sonra Biqan Cənubi Koreyanın Xarici İşlər Nazirliyinin Koreya yarımadasında sülh və təhlükəsizlik məsələləri üzrə xüsusi nümayəndəsi Li Do-hun ilə görüşüb.

Görüşdən sonra Biqan qeyd edib ki, koreyalararası əməkdaşlıq Koreya yarımadasında təhlükəsizlik üçün vacibdir və o, Cənubi Koreya hökumətinin Şimali Koreya ilə əməkdaşlığın təşviqi üzrə səylərini tam dəstəkləyəcək.

"Biz Koreya yarımadasında sülhə nail olmaq üçün səylərimizi əsirgəməyəcəyik. Prezident Tramp bizi bu səylərdə tamamilə dəstəkləyir", - o bildirib.

Xəbər lenti
0