21:22 14 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
21 0 0

R.Kontreras Ermənistanın ölkəmizə qarşı təcavüzü, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etdiyini də qeyd edib

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 iyun — Sputnik. Kaliforniyanın San-Dieqo şəhərində fəaliyyət göstərən, ABŞ-da nəşr olunan "Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi" və "Erməni lobbisi və ABŞ-ın xarici siyasəti" kitablarının müəllifi jurnalist Raul Kontreras (Raoul Contreras) özünün "The Contreras Report" radio proqramında ötən ay Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun ABŞ Konqresi arxivlərində apardığı araşdırma nəticəsində aşkar edilən və erməni daşnaklarının Hitlerə və Holokost soyqırımına rəğbət bəslədiklərini ifşa edən sənəd haqda dinləyicilərə məlumat verib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunndan məlumat verilib.

Bildirilib ki, verilişdə müəllif 1945-ci ildə ABŞ Nümayəndələr Palatasının Miçiqan ştatından olan üzvü, konqresmen Frank Hookun erməni daşnaklarının Hitlerə və Holokosta rəğbət bəsləmələri, irqçi meylləri, habelə onların ABŞ ərazisində törətdikləri terror aktları barədə məqaləni Konqresin plenar iclasina təqdim etdiyini deyərək, həmin sənəddən çoxlu sayda sitatlar gətirərək məsələ ilə bağlı ətraflı müzakirələr aparıb.

R.Kontreras İkinci Dünya müharibəsi illərində faşist Almaniyası ordusu tərkibində yaradılan erməni legionu, onun rəhbərlərindən olan erməni generallar Qaregin Njde və Drastamat Kanayan haqda ətraflı danışaraq, onların bu gün Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını, 2016-cı ildə Yerevanda Q.Njdeyə heykəl ucaldıldığını vurğulayıb.

Jurnalist ABŞ-da əsas erməni lobbi təşkilatı olan Amerika Erməni Milli Komitəsinin (ANCA) radikal və iqrçi daşnakların davamçısı olduğunu, onların bir sıra ABŞ konqresmenlərini ələ alaraq Ermənistana ABŞ tərəfindən maddi yardımın ayrılmasına nail olmağa çalışdıqlarını diqqətə çatdırıb. O, həmin vəsaitlərin ABŞ vergiödəyicilərinin pulları əsasında formalaşdığını deyərək, bunu yolverilməz adlandırır.

R.Kontreras daha sonra Ermənistanın ölkəmizə qarşı təcavüzü, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etdiyini qeyd edib.

Verilişdə jurnalist həmçinin erməni terror təşkilatı olan "ASALA"-nın ABŞ-dakı fəaliyyəti, xüsusilə türk diplomatlarına qarşı həyata keçirilən terror aktları haqda da ətraflı bəhs edib.

Əlaqədar

XİN Avropa Parlamenti üzvlərinin birgə bəyanatına münasibət bildirib
Ermənistanın Goranboya iddialarına XİN-dən cavab: "Təklikdə qalıb"
Azərbaycan vətəndaşı Ermənistana keçib - Qızıl Xaç araşdırır
Ermənistan hakimiyyətinin istefasını tələb edən deputatın həbsi üçün səsvermə keçirdilər

Əsas mövzular