05:38 24 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
18501

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumatlarla bağlı araşdırma aparır

BAKI, 12 iyun — Sputnik. Azərbaycan vətəndaşının Ermənistana keçməsinə dair yayılan xəbərlərlə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) aidiyyəti qurumlarla əlaqə saxlayır.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu BQXK-nın Bakı ofisindən bildiriblər.

Qeyd olunub ki, münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmək, onlarla rəftarı və onların saxlanma şəraitini monitorinq etmək, həmçinin bu şəxslərə ailə əlaqələrini bərpa etmək üçün şərait yaratmaq, neytral humanitar təşkilat olan BQXK-nın mandatına aiddir.

Xatırladaq ki, Ermənistan mətbuatı 26 yaşlı Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumat yayıb.

Sputnik Ermənistan yazıb ki, həmin şəxs Ermənistanın Azərbaycanla həmsərhəd Qeqarkunik vilayətinin Arequni kəndində bu gün səhər tutulub.  O, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verilib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti baş verənlərlə bağlı hələlik açıqlama yaymayıb.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan vətəndaşının Ermənistana keçməsi barədə məlumatlarla bağlı araşdırma aparır.

Əsas mövzular