CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ Helsinki Komissiyasının sədri Azərbaycanı təbrik edib

© © Jacquelyn Martin / POOL / AFPƏlsi Heystinqz, arxiv şəkli
Əlsi Heystinqz, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Heystinqz Azərbaycan və İsrail arasındakı dostluq əlaqələrini ön plana çəkərək təqdir edib, 30.000-dən çox yəhudinin doğma evi olan Azərbaycanın İsrailin etibarlı tərəfdarı olduğunu vurğulayıb

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 may — Sputnik. ABŞ Helsinki Komissiyasının sədri, Konqresdə Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Florida ştatını təmsil edən Əlsi Heystinqz Azərbaycanın milli bayramı – Respublika Gününün 102-ci ildönümü münasibətilə bəyanat verib. Sputnik Azərbaycan xəbər verir ki, bəyanatın mətni Konqresin saytında yerləşdirilib.

Konqres üzvü bəyanatında müsəlman aləmində ilk dünyəvi demokratik dövlət olan və Sovet İttifaqının dağılması ilə yenidən müstəqillik qazanan Azərbaycanın regional sabitliyin qorunması və təhlükəsizlik sahəsində əməkdaşlıqda ABŞ-in tərəfdaşı olduğunu ifadə edib.

Ə.Heystinqz Azərbaycan və İsrail arasındakı dostluq əlaqələrini ön plana çəkərək təqdir edib, 30.000-dən çox yəhudinin doğma evi olan Azərbaycanın İsrailin etibarlı tərəfdarı olduğunu vurğulayıb.

Bəyanatda həmçinin Azərbaycanın regional təhlükəsizlik və sabitlik sahəsindəki rolu, terrorçuluqla mübarizə və nüvə silahlarının yayılmaması, habelə ABŞ-ın Əfqanıstandakı qoşunlarına dəstəyi, BMT və NATO sülhməramlılarına töhfəsi vuğulanıb.

Xəbər lenti
0