SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın əldə etdiyi uğurlu keyfiyyət dəyişikliklərinə görə ürəkdən şadam - Lukaşenko

Abunə olmaq
Strateji tərəfdaşlıq, dostluq və müttəfiqlik ruhunda inkişaf edən Belarus-Azərbaycan münasibətlərinin əsasına çevrilmiş etimad və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olmasını qeyd etməkdən fərəh duyuram - Aleksandr Lukaşenko

BAKI, 25 may — Sputnik. "Azərbaycanın ictimai həyatın bütün sahələrində əldə etdiyi uğurlu keyfiyyət dəyişikliklərinə görə ürəkdən şadam. Ölkənizin iqtisadi, sosial və digər sahələrdə nümayiş etdirdiyi sanballı nailiyyətlər beynəlxalq aləmdə etiraf edilib və dövlətinizin dünya arenasında mövqelərinin möhkəmlənməsinə şərait yaradıb. Milli bayramınız – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözlər Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun dövlətimizin başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alır.

"Strateji tərəfdaşlıq, dostluq və müttəfiqlik ruhunda inkişaf edən Belarus-Azərbaycan münasibətlərinin əsasına çevrilmiş etimad və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olmasını qeyd etməkdən fərəh duyuram.

Əminəm ki, Belarus ilə Azərbaycan arasında uzunmüddətli səmərəli əlaqələrin möhkəmlənməsinə Sizin sanballı töhfəniz ölkələrimizin əhalisinin rifahı naminə ikitərəfli əməkdaşlıq potensialını reallaşdırmağa kömək edəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, həyat enerjisi, yeni uğurlar və nailiyyətlər, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm", - A.Lukaşenko yazıb.

Xəbər lenti
0