CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki rayona yeni icra başçıları təyin olundu

Abunə olmaq
Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və İmişli rayon İcra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev hazırda həbsdədirlər

BAKI, 21 may — Sputnik. Ağstafa və İmişli rayonlarına yeni icra başçıları təyin olunub.

Sputnik Azərbaycan bildirir ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının digər Sərəncamı ilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Elçin Adil oğlu Rzayev təyin olunub.

Qeyd edək ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 2019-cu il dekabrın 20-də tutduğu vəzifədən azad edilib. O və müavini Ramiz Tatarov vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərinə görə həbs ediliblər.

İmişli rayon İcra hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev isə 2020-ci il mayın 6-da tutduğu vəzifədən azad edilib. O, Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 179-cu (mənimsəmə) və 311-ci (rüşvət alma) maddələri üzrə ittiham edilir.

Xəbər lenti
0