SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

“Sizə arzu edirəm ki...” – İlham Əliyev Kasım-Jomart Tokayevə zəng edib

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев встретился с Президентом Казахстана Касым-Жомарт Токаевым
Президент Азербайджана Ильхам Алиев встретился с Президентом Казахстана Касым-Жомарт Токаевым - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlətimizin başçısı Qazaxıstan Prezidentini doğum günü münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.

BAKI, 17 may — Sputnik. Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib.

Bu barədə Sputnik Azərbaycan-a Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Dövlətimizin başçısı Qazaxıstan Prezidentini doğum günü münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb.

Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası əleyhinə mübarizə ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparıblar.

Dövlət başçıları bu yaxınlarda Türk Şurasının videokonfrans formatında keçirilən Zirvə toplantısına toxunaraq bu tədbirin ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi baxımından önəmini qeyd ediblər.

Azərbaycan və Qazaxıstan prezidentləri ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərin müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.

Xəbər lenti
0