CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ermənistan ordusu müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutdu

© Sputnik / Ilham MustafayevƏlibəyli kəndində Evinə atılan güllələri yığan kolleksiyaçı Ədalət Rzayev
Əlibəyli kəndində Evinə atılan güllələri yığan kolleksiyaçı Ədalət Rzayev - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

BAKI, 6 aprel — Sputnik. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Şıxlar, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Xəbər lenti
0