CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsindəki piyada keçidinin açılışında
Prezident İlham Əliyev Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsindəki piyada keçidinin açılışında - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident bildirib ki, hazırda koronavirus dövründə iqtisadi fəallıq aşağı düşüb, amma bu, müvəqqəti məsələdir. Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək

BAKI, 3 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında da iştirak edib.

Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlər barədə Prezident İlham Əliyevə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov məlumat verib.

Daha sonra Prezident İlham Əliyev Saleh Məmmədova görülən işlərlə bağlı suallarını ünvanlayıb və tövsiyələrini verib. Dövlət başçısı bildirib ki, hazırda koronavirus dövründə iqtisadi fəallıq aşağı düşüb, amma bu, müvəqqəti məsələdir. Bu xəstəliyə qarşı mübarizə yekunlaşandan sonra iqtisadi fəallıq bərpa ediləcək:

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
İlham Əliyev  Bakı-Sumqayıt yolunda görülən işlərlə tanış olub - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub

“Nəzərə alsaq ki, Bakı-Sumqayıt yolu artıq mövcud olan nəqliyyatı götürə bilmir və hərəkət çox intensiv xarakter daşıyır, əlbəttə, bu yolun genişləndirilməsi zəruri idi. Çünki indi Bakı ilə Sumqayıt elə bil ki, birləşib, bir çox adamlar Bakıda işləyib Sumqayıtda yaşayırlar və əksinə. Ona görə bu yolun strateji xarakterini nəzərə alaraq, - eyni zamanda, bu, şimal istiqamətə gedən yoldur, - biz bu layihəni icra edirik. Bu, əlbəttə, texniki cəhətdən asan layihə deyil. Çünki çoxlu köçürülmələr, yeni körpülərin tikintisi, bəzi obyektlərin köçürülməsi nəzərdə tutulur. Bu nəqliyyat layihəsinin icrası Dövlət İnvestisiya Proqramında da nəzərdə tutulur. Ona görə piyada keçidlərinin tikintisi, - bu istiqamətdə də son illər böyük işlər görülüb və vətəndaşların təhlükəsizliyi üçün bunun çox böyük əhəmiyyəti var, - yol infrastrukturunun müasirləşdirilməsi, tıxacların azalması və aradan qaldırılması istiqamətində əlavə addımlar atılacaqdır. Əlbəttə, Azəravtoyol, Bakı Nəqliyyat Agentliyi, nəqliyyatla məşğul olan digər qurumlar həm yolların genişləndirilməsi, həm də keyfiyyəti ilə bağlı bütün bu işləri əlaqəli şəkildə aparmalıdırlar. Eyni zamanda, yollarda tənzimləyici qaydaların tətbiq edilməsi nəticəsində “yaşıl dəhlizlər”in yaradılması da nəzərdə tutulur və bu istiqamətdə işlər aparılır. Ona görə bu işləri davam etdirmək lazımdır. Yol və bütün qovşaqlar nəzərdə tutulmuş vaxtda, yəni, təqribən iki aya və maksimum üç ay ərzində istifadəyə verilməlidir. Bu, insanlara rahatlıq gətirəcək və bu yolda tıxacların yaranmasına imkan verməyəcək”.

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев ознакомился с работами по расширению дороги Баку-Сумгайыт
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub - Sputnik Azərbaycan
1/5
Президент Ильхам Алиев ознакомился с работами по расширению дороги Баку-Сумгайыт
© Official website of President of Azerbaijan RepublicРаботы по расширению дороги Баку-Сумгайыт
Bakı-Sumqayıt yolunun genişləndirilməsi işləri - Sputnik Azərbaycan
2/5
Работы по расширению дороги Баку-Сумгайыт
© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев на открытии пешеходного перехода на пересечении Московского проспекта и улицы 20 Января
Prezident İlham Əliyev Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsindəki piyada keçidinin açılışında - Sputnik Azərbaycan
3/5
Президент Ильхам Алиев на открытии пешеходного перехода на пересечении Московского проспекта и улицы 20 Января
© Official website of President of Azerbaijan RepublicПешеходный переход на пересечении Московского проспекта и улицы 20 Января
Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsindəki piyada keçidi - Sputnik Azərbaycan
4/5
Пешеходный переход на пересечении Московского проспекта и улицы 20 Января
© Official website of President of Azerbaijan RepublicНовый пешеходный переход на пересечении Московского проспекта и улицы 20 Января
Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yeni piyada keçidi - Sputnik Azərbaycan
5/5
Новый пешеходный переход на пересечении Московского проспекта и улицы 20 Января
1/5
Президент Ильхам Алиев ознакомился с работами по расширению дороги Баку-Сумгайыт
2/5
Работы по расширению дороги Баку-Сумгайыт
3/5
Президент Ильхам Алиев на открытии пешеходного перехода на пересечении Московского проспекта и улицы 20 Января
4/5
Пешеходный переход на пересечении Московского проспекта и улицы 20 Января
5/5
Новый пешеходный переход на пересечении Московского проспекта и улицы 20 Января

Sonra dövlətimizin başçısı Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin açılışında iştirak etdi.

Prezident İlham Əliyevin tapşırıq və göstərişləri, müvafiq sərəncamları ilə hazırda avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir. Görülən işlər ümumilikdə paytaxtımızın nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə töhfə verir. Bu istiqamətdə icra olunan kompleks tədbirlərin bir hissəsi kimi Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində tikilən yerüstü piyada keçidinin də mühüm əhəmiyyəti var. Belə ki, bu ərazi həm nəqliyyat vasitələrinin, həm də piyadaların çox olduğu yerdir. Yerüstü piyada keçidinin burada inşası piyadaların təhlükəsizliyini təmin etməklə yanaşı, ərazidə yarana biləcək tıxacların qarşısını da alacaq və nəticədə avtomobillərin hərəkətinin intensivliyi təmin olunacaq. Keçidin inşasına 2018-ci ildə başlanılıb. Keçidin uzunluğu 130, eni isə 3 metrdir.

Xəbər lenti
0