CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan aprel döyüşlərində həm hərbi, həm də siyasi sahədə qələbə qazandı

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidВоеннослужащие Национальной армии Азербайджана во время генеральной репетиции военного парада, фото из архива
Военнослужащие Национальной армии Азербайджана во время генеральной репетиции военного парада, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Erməni işğalının tez bir zamanda sona çatacağına inanır, vətən uğrunda canlarını heçə sayan qardaşlarımıza Allahdan rəhmət diləyirik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 2 aprel — Sputnik. İki apreldə Ermənistanın atəşkəs rejimini pozması ilə səhərin erkən saatlarında başlayıb, aprelin 5-də Moskvada imzalanan müqaviləyə qədər davam edən Dağlıq Qarabağdakı döyüşlərdə Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı və bununla da işğal altındakı bəzi ərazilərini geri qaytardı.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan bildirib.

O bildirib ki, münaqişə ilə Azərbaycan həm psixoloji, həm də mümkün ola biləcək yeni qarşıdurmalar baxımından müəyyən üstünlüklər qazandı: "İşğalçı Ermənistana ağır itkilər verdirən bu zəfərin qazanılması canlarını qurban verən qəhrəman qardaşlarımızın sayəsində olub. Erməni işğalının tez bir zamanda sona çatacağına inanır, vətən uğrunda canlarını heçə sayan qardaşlarımıza Allahdan rəhmət diləyirik".

Xəbər lenti
0