SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar paylaşım edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev, arxiv şəkli
Azərbaycan Prezidenti İlham Əliyev, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

BAKI, 31 mart — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev "Facebook" sosial şəbəkəsində erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımının ildönümü ilə bağlı paylaşım edib.

Sputnik Azərbaycan dövlət başçısının 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar paylaşımını təqdim edir.

Qeyd edək ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.

Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Xəbər lenti
0