01:55 07 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
3010

Amerikanın xarici siyasəti gözümüzün qabağında əks istiqamətdə irəliləyir: Vaşinqtonun sözləri getdikcə daha az əhəmiyyət kəsb edir və Ağ Evin istədiyi kimi qəbul edilmir

BAKI, 19 mart — Sputnik, İrina Alksnis. ABŞ-ın dövlət katibi Mayk Pompeo Rusiyanı onlarla türk hərbçisinin ölümündə ittiham edib. Bundan başqa, o, “NATO-nun müttəfiqi”nə dəstək verib və Birləşmiş Ştatların "Türkiyəyə dəstək və zorakılığın başa çatdırılması üçün yeni tədbirlər"ə baxdığını bildirib.

Bu, Vaşinqtonun son vaxtlarda Suriya İdlibində vəziyyətin gərginləşməsinə dair ilk belə kəskin bəyanatıdır. İndiyədək Ştatlar türk əsgərlərinin öldürülməsinə görə birbaşa məsuliyyəti Moskvanın üstünə qoymamışdı.

Doğrudur, Pompeonun dedikləri çox yerinə düşmür, çünki "qatar gedib", özü də çoxdan.

İdlib ətrafında böhran fevralın ikinci yarısında və martın lap əvvəlində yaranıb.

Martın 5-də Vladimir Putinlə Tayyib Ərdoğanın Moskva görüşündən və prezidentlərin əldə etdikləri razılaşmalardan sonra gərginlik azalmağa başlayıb.

Regionda vəziyyət hələ də sadə deyil. Rusiya-Türkiyə birgə patrulunun həyata keçirildiyi strateji əhəmiyyətli M4 trası ona nəzarət edən yaraqlıların ciddi müqaviməti ilə üzləşir. Buna baxmayaraq, proses gedir.

İkitərəfli əməkdaşlığın digər istiqamətləri — "Türk axını"ndan tutmuş "Akkuyu" AES-in inşasına qədərdir. Bu yaxınlarda münasibətlərin gərginləşməsi səbəbindən onlara toxunulmayıb.

Bu günlərdə hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev bildirib ki, Ankaranın S-400-ün ikinci partiyasını almaq istiqamətində hazırlıq işləri davam edir. Bundan başqa, məmurun sözlərinə görə, əlavə tədarük Türkiyənin zenit-raket sisteminin istehsalında iştirakını nəzərdə tutur. Ətraflı məlumat verilməsə də, qurumun rəhbəri vurğulayıb ki, bu, Rusiyanın milli maraqlarına heç bir risk və zərər gətirməyəcək.

Ümumiyyətlə, Rusiya-Türkiyə münasibətləri yaranmış formatda uğurla davam edir. Hətta ən sərt ziddiyyətlər və ayrı-ayrı məsələlər üzrə ikitirəlik bütövlükdə məhsuldar tərəfdaşlığa o qədər də təsir etmir.

Bütün bunların fonunda ABŞ-ın xarici siyasət idarəsinin rəhbərinin çıxışı uzun müddət təsadüf edilməyən davadan sonrakı yumruqlu ritual kimi görünür.

Bununla yanaşı, The Washington Post-un "Türkiyə Rusiyanı və Qərbi necə itirib" sərlövhəli yeni məqaləsində amerikalıların Türkiyə istiqamətində əsas götürülən məntiqi aydın nəzərə çarpır. Məqaləyə görə, Ərdoğan özü günahkardır və seçkinin nəticələrini müstəqil şəkildə gecikdirməlidir. Türkiyə prezidentinin Ankaranın geosiyasi və fövqəldövlət kimi güclənməsinə ümid bəsləyərək Putinlə oynadığı oyunun iflasa uğraması, onun etibarlı Qərb müttəfiqləri ilə mübahisə etməsinə və Moskva ilə təkbətək qalmasına gətirib çıxardı. Təbii ki, bu da ona yaranmış vəziyyətdən öz xeyrinə istifadə etməyə imkan vermir.

Amma bəlkə də, ən maraqlı məqam məqalənin finalıdır. Burada heç də türk liderinin yanlış fikirlərinin dərk edilməsinin qaçılmaz olduğu haqqında proqnoz yoxdur. Bunun əvəzinə məqalədə qeyd olunur ki, Türkiyə lideri yardım üçün Qərbə müraciət edəcək və bəlkə də, özünü yaxşı aparsa, yardımı alacaq. Əks təqdirdə, Tayyib Ərdoğanın aqibəti  "vacib naharda menyunun bir bənd"i olaraq proqnozlaşdırılır.

Bu kontekstdə dövlət katibinin səsləndirdiyi mövqedə Türkiyə prezidentinə qarşı incə istehza intonasiyası duyulur. Amerikalıların probleminə  nəşr çox incə yanaşıb.

Xarici siyasət meydanında səsləndirilən səs-küylü bəyanatlar ölkənin real imkanlarını və qarşıya qoyulmuş məqsədlərə çatmaq bacarığını əks etdirən daha ciddi arqumentlərə əlavə kimi çıxış edərkən yaxşı və səmərəlidir.

Moskvanın dediklərinin arxasında hər zaman işin durduğunu və Rusiyanın ən əlverişsiz şəraitdə belə, öz məqsədlərinə nail olmağa çalışdığını görən dünya Rusiyanın xarici siyasət ritorikasına daha ciddi yanaşmağa başlayıb. Bu  vaxta qədər onların adi reaksiyası çox vaxt etinasızlığı göstərirdi: ruslar nə isə deyə bilərlər, amma onsuz da heç nəyə qadir deyillər.

Amerikanın xarici siyasəti gözümüzün qabağında əks istiqamətdə irəliləyir: Vaşinqtonun sözləri getdikcə daha az əhəmiyyət kəsb edir və Ağ Evin istədiyi kimi qəbul edilmir. Bu isə ona görə baş verir ki, Birləşmiş Ştatların öz istəyinə və niyyətinə görə baş verənlərə təsir edə bilməməsi getdikcə daha tez-tez özünü göstərir.

ABŞ, dövlət katibinin sözlərinə nə qədər dərin məna verə bilər - xüsusilə Ərdoğan üçün zəhərli dərs və ya Rusiya üçün ciddi xəbərdarlıq. Amma Yaxın Şərq regionunda Ştatların ciddi şəkildə çəki itirməsi Mayk Pompeonun fikrinin, sadəcə, çox gecikmiş, heç nəyə təsir etməyən olduğunu göstərir. Bütün bu sözlər  öz mövqeyini itirməkdə olan fövqəldövlətin boş bəyanatından başqa bir şey deyil və yaxın vaxtlarda onun həyati maraqları sahəsinə daxil olan proseslərə heç bir təsir edə bilməz.

Əlaqədar

Ərdoğandan Əsədə sərt xəbərdarlıq – Diqqətlə izləyirik
Türkiyəyə qarşı bu kəskin addım hər şeyi bahalaşdıra bilər
Rusiya və Türkiyə razılığa gəldilər – Qara buludlar çəkilir
Yunan fermerlər qaçqınların qarşısını əcaib üsulla alırlar - Tükürpərdici iddia

Əsas mövzular