12:53 06 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
20 0 0

Digər sərəncam ilə Azər Xudayar oğlu Xuduyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb

BAKI, 12 mart — Sputnik. Prezident İlham Əliyev Elmira Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçsının digər Sərəncamı ilə Azər Xudayar oğlu Xuduyev Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyaya yeni səfir təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Prezident İlham Əliyevin digər Sərəncamı ilə isə Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Əsas mövzular