SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Sabah Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək

© Sputnik / Murad OrujovРабочее место депутата парламента Азербайджана
Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Milli Məclisin növbəti çağırışlarının birinci iclasını Milli Məclisin ən qocaman deputatı - Fəttah Heydərov açacaq

BAKI, 9 mart — Sputnik. Milli Məclisin yeni tərkibdə ilk iclası martın 10-da keçiriləcək. 

Заседание Пленума Конституционного суда Азербайджана - Sputnik Azərbaycan
SİYASƏT
Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi

Sputnik Azərbaycan-ın məlumatına görə, iclasdan əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputat vəsiqələrini təqdim edəcək. Milli Məclisin növbəti çağırışlarının birinci iclasını Milli Məclisin ən qocaman deputatı - Fəttah Heydərov açacaq, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyacaq və Milli Məclisin Sədri seçilənədək birinci iclası aparacaq.

Milli Məclisin birinci iclasında sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçiləcək və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin Sədri və onun müavinləri seçiləcək, bununla da Milli Məclisin növbəti çağırışlarının birinci iclası bitəcək.

Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.

Xəbər lenti
0