SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Goranboy rayonunda olub

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu yolunun açılışında
Prezident İlham Əliyev Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu yolunun açılışında - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı avtomobil yolunun, Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə tanış olub

BAKI, 3 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfərə gedbi.

Sputnik Azərbaycan ölkə başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezident Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub
Prezident İlham Əliyev Goranboy rayonunda olub - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Goranboyda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər barədə məlumat verib.

İlham Əliyev martın 3-də Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu yolunun açılışında
Prezident İlham Əliyev Goranboy rayonunda olub - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu yolunun açılışında

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər. Dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında
Prezident İlham Əliyev Goranboy rayonunda olub - Sputnik Azərbaycan
Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında

Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış oldu. Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə tanış olub.

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev “Azərxalça” ASC-nin Goranboy filialında
Prezident İlham Əliyev Goranboy rayonunda olub - Sputnik Azərbaycan
Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Goranboy filialında

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə müəssisədə yaradılan şərait barədə məlumat verdi.

Xəbər lenti
0