SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN: Sərhədi qoruyan əsgərin öldürülməsi Ermənistanın üzərindəki cinayətdir

© Sputnik / Murad OrujovЗдание Министерства иностранных дел Азербайджанской Республики в Баку
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Xocalı soyqırımının qurbanlarının anıldığı ərəfədə sözügedən hadisənin baş verməsi Ermənistanın öz çirkin əməllərini dünya ictimaiyyətinin diqqətindən yayındırmaq istiqamətdində atdığı növbəti mənfur və riyakar cəhdidir

BAKI, 25 fevral — Sputnik. "Bu ilin 24 fevral tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində növbəti dəfə atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində sərhədçi əsgərimiz Vəliyev İbrahim Ələmşah oğlu şəhid olub. Qeyd etmək istərdik ki, qanlı insident Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib".

Şəhid Vəliyev İbrahimin dəfn mərasimi - Sputnik Azərbaycan
Şəhidimiz torpağa tapşırıldı – FOTO

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin həm iki ölkənin dövlət sərhədində, həm də iki ölkə qoşunlarının təmas xəttində atəşkəsi davamlı şəkildə pozması və Azərbaycanlı hərbi və mülki şəxsləri hədəfə alması, bu ölkənin təcavüzkar siyasətini və ölkə rəhbərliyinin “inqilabi” təşəbbüslərinin əsl mahiyyətini açıq şəkildə göstərir: "Bu məqsədyönlü qəsdlə Ermənistan tərəfi bir daha açıq şəkildə təsdiq edir ki, məhz o, işğalçı ölkədir və Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı oyuncaq rejim arxasında gizlənmək cəhdləri tamamilə əsassızdır.

Ermənistan silahlı qüvvələrinin törətdiyi Xocalı soyqırımının qurbanlarının anıldığı ərəfədə sözügedən hadisənin baş verməsi Ermənistanın öz çirkin əməllərini dünya ictimaiyyətinin diqqətindən yayındırmaq istiqamətdində atdığı növbəti mənfur və riyakar cəhdidir.

Naməlum şəhidin nəşinin ekshumasiyası ilə bağlı məlumat yayıldı

Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyan Dövlət Sərhəd Xidmətinin əsgərinin qətlə yetirilməsi cinayətdir və bu qanlı cinayətin məsuliyyəti Ermənistan tərəfinin üzərindədir".

Allah şəhidimizə rəhmət eləsin.

Xəbər lenti
0