CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MSK Ləman Ələşrəfqızının şikayətinə baxdı

© Sputnik / Murad OrujovГолосование на 4 избирательном участке 29 избирательного округа Сабаильского района
Голосование на 4 избирательном участке 29 избирательного округа Сабаильского района - Sputnik Azərbaycan
Abunə olmaq
L.Ələşrəfqızının müraciətində səsvermə günü 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin bir sıra seçki məntəqələrində qanun pozuntularına yol verildiyi, seçki qutularına topa bülletenlər atıldığı iddia olunub

BAKI, 24 fevral — Sputnik. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən  qeydiyyata alınmış namizəd Ləman Ələşrəfqızının müraciətinə baxılıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. O bildirib ki, L.Ələşrəfqızının müraciətində səsvermə günü 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin bir sıra seçki məntəqələrində qanun pozuntularına yol verildiyi, seçki qutularına topa bülletenlər atıldığı iddia olunub. Namizəd müvafiq dairədə seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib.

A.Muxtarova bildirib ki, MSK-nın apardığı araşdırma zamanı 29, 30 və 43 saylı seçki məntəqələrində seçkinin nəticələrinin seçicilərin iradəsini ifadə etmədiyi üzə çıxıb.

MSK müraciəti qismən təmin edib və 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsinin 29, 30 və 43 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, bu dairədə lider namizəd Aqiyə Naxçıvanlıdır.

Xəbər lenti
0