SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK yenə toplandı, şikayət geri qaytarıldı

© Photo : Central Election CommissionЗаседание ЦИК Азербайджана
Заседание ЦИК Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
MSK-nın iclası zamanı MSK katibi Arifə Muxtarova bildirib ki, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə daxil olmuş şikayət şikayətvermə müddəti ötdüyü üçün ərizəçiyə geri qaytarılmalıdır

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 21 fevral - Sputnik. Mərkəzi Seçki Komissiyasının iclası keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılır.

MSK-nın iclası zamanı MSK katibi Arifə Muxtarova bildirib ki, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə daxil olmuş şikayət şikayətvermə müddəti ötdüyü üçün ərizəçiyə geri qaytarılmalıdır.

Daha sonra 25 saylı Nizami ikinci seçki dairəsi üzrə daxil olmuş şikayətə baxılıb. Ərizəçi iclasda iştirak etmədiyi üçün onun baxılması təxirə salınıb.

Xəbər lenti
0