SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və İtaliya prezidentləri geniş tərkibdə görüş keçiriblər

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha vurğulanıb, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruriliyi bildirilib

BAKI, 20 fevral — Sputnik. Fevralın 20-də təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev italiyalı həmkarı ilə görüşdü - FOTO

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan İtaliya Prezidenti Sercio Mattarella deyib:

- Cənab Prezident, Romaya xoş gəlmisiniz. Sizin səfərinizdən çox məmnunam. İki il əvvəl Bakıda mənə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm. Hazırkı səfəriniz də Azərbaycan və İtaliya arasında səmimi dostluğun və güclənən əməkdaşlığın bir daha qeyd edilməsi, eləcə də Sizin və hökumətinizin İtaliya-Azərbaycan əlaqələri üçün yürütdüyü siyasətin, habelə ölkələrimiz arasında bütün istiqamətlərdə - enerji, ticari-iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığın dəyərləndirilməsi üçün gözəl fürsətdir.

Cənab Prezident, bir daha xoş gəlmisiniz. Təşəkkür edirəm, cənab Prezident. Sizin İtaliyaya dövlət səfərinizdən böyük məmnunluq duyuruq.

x x x

Prezident İlham Əliyev deyib:

- Təşəkkür edirəm, hörmətli cənab Prezident.

İlk növbədə, İtaliyaya dövlət səfərinə dəvətə və göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam.

İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub - Sputnik Azərbaycan
SİYASƏT
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub

Sizin Azərbaycana tarixi səfərinizi məmnuniyyətlə xatırlayıram. Səfər zamanı əldə edilmiş razılaşmalar artıq həyatda öz əksini tapır və bu gün İtaliya-Azərbaycan əlaqələri yeni yüksək səviyyəyə qalxır. Həm siyasi sahədə, iqtisadi sahədə, energetika, mədəniyyət, nəqliyyat, bütün demək olar ki, bütün sahələrdə şirkətlərimiz arasındakı əlaqələr yeni pilləyə qalxır. Səfər zamanı imzalanacaq çoxsaylı sənədlər bizim əlaqələrimizi daha da gücləndirəcək. Onların arasında xüsusilə strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannaməni qeyd etmək istərdim.

Energetika sahəsində çox gözəl nəticələr var. Bizim birgə icra etdiyimiz Cənub Qaz Dəhlizi yekunlaşmaq üzrədir. Bizim bundan sonra əsas istəyimiz ondan ibarətdir ki, qeyri-neft sektorunda İtaliya və Azərbaycan arasındakı əlaqələr daha sürətlə inkişaf etsin. Sabah keçiriləcək biznes forum, əminəm ki, bu istiqamətdə çox önəmli addım olacaq.

Bir daha qonaqpərvərliyə və dəvətə görə təşəkkürümü bildirirəm. Əminəm ki, səfərin yekunları çox müsbət olacaq.

X X X

Görüşdə “Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin əhəmiyyəti vurğulandı. Bildirildi ki, bu sənəd bütün sahələri, o cümlədən siyasi, iqtisadi, ticari, enerji sahələrini əhatə edir.

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində - Sputnik Azərbaycan
QARABAĞ
İlham Əliyev: “Soyqırımı törədənlərin adları hamıya məlumdur”

Söhbət zamanı İtaliyanın hər zaman Azərbaycanın dostu olduğu vurğulandı. Azərbaycanın qlobal baxımdan çox əhəmiyyətli bir regionda yerləşdiyi və bütün ölkələrlə yaxşı əlaqələr qurduğu qeyd edildi.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi bir daha vurğulandı. Bu münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktına əsasən həll edilməsinin zəruriliyi bildirildi.

Söhbət zamanı ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin inkişafında Heydər Əliyev Fondunun rolu xüsusi qeyd olundu. 2020-ci ilin İtaliyada mədəniyyət baxımından “Azərbaycan ili” elan edildiyi diqqətə çatdırıldı.

Xəbər lenti
0