22:20 28 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
16 0 0

Seçki qutularının ölçüsü parlament, prezident seçkisində, referendum və bələdiyyə seçkilərində fərqli olur.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 fevral - Sputnik. Seçki qutuları Azərbaycanda deyil, xaricdə istehsal edilir. Onun ölçüsünü biz müəyyən etmirik.

Sputnik Azərbaycan xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov bildirib.

“Seçki qutuları beynəlxalq standartlara uyğun şəkildə xaricdəki müəyyən şirkətlər tərəfindən istehsal olunur. Beynəlxalq qurumların nümayəndələri də bilirlər ki, həmin seçki qutuları xaricdə istehsal olunur”, - deyə Məzahir Pənahov bildirib.

O, vurğulayıb ki, bəzən qutularla bağlı irad bildirilir: “Bu cür iddialar əsassızdır. Seçki qutularının ölçüsü parlament, prezident seçkisində, referendum və bələdiyyə seçkilərində fərqli olur. Bələdiyyə seçkisində namizədlərin adları çox olduğu üçün seçki qutusunun həcmi də böyük olur”.

Əsas mövzular