CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İmişlidəki seçki məntəqələri barədə qərar verildi

© Sputnik / Murad OrujovПарламентские выборы в Баку, 9 февраля 2020 года
Парламентские выборы в Баку, 9 февраля 2020 года - Sputnik Azərbaycan
Abunə olmaq
Beş seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə mane olan hallar aşkarlanıb. MSK qərara alıb ki, bu məntəqələrdə nəticələr etibarsız hesab edilsin

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 fevral — Sputnik. Milli Məclisə seçkilərlə əlaqədar 79 saylı İmişli Seçki Dairəsi üzrə daxil olan şikayətlərə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bildirilib.

Məlumata əsasən, deputatlığa namizədliyi qeydə alınmış İlqar Hüseynli, İltizam Əkbərli və Murad Fərzəliyev həmin dairə üzrə nəticələrin etibarsız sayılmasını tələb ediblər.

Bildirilib ki, müvafiq seçki dairəsinin beş seçki məntəqəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə mane olan hallar aşkarlanıb.

MSK qərara alıb ki, həmin dairədə 5 seçki məntəqəsinin nəticələri etibarsız hesab edilsin.

Qeyd edək ki, 79 saylı İmişli Seçki Dairəsinin lider namizədi Razi Nurullayevdir.

Xəbər lenti
0