SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bir dairədə 7 məntəqənin nəticələri ləğv olundu

© Sputnik / Murad OrujovГолосование на 26 избирательном участке 17 избирательного округа Ясамальского района
Голосование на 26 избирательном участке 17 избирательного округа Ясамальского района - Sputnik Azərbaycan
Abunə olmaq
34 saylı Xətai ikinci seçki dairəsində ümumilikdə 36 seçki məntəqəsi var. Bu dairənin lider namizədi Mixail Zabelindir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 fevral - Sputnik. Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov - Sputnik Azərbaycan
SİYASƏT
MSK iclasında şikayətlərə baxılır – Bir neçə dairə ilə bağlı qərar verildi

Sputnik Azərbaycan xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.

MSK üzvü bildirib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntqələrdə qanun pozuntularının olduğunu bildiriblər: “Şikayətçilər 35 protokol təqdim ediblər. Müəyyən edilib ki, onun 8-i orijinal, qalanları isə kserosurətdir. Bəzi protokollardan müəyyən fərqlər yaradılıb.

İclasda həmin dairənin 7 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib".

Nəticələri etibarsız hesab edilən seçki məntəqələri bunlardır: 1, 2, 3, 4, 18, 30 və 35 saylı seçki məntəqəsi.

34 saylı Xətai ikinci seçki dairəsində ümumilikdə 36 seçki məntəqəsi var. Bu dairənin lider namizədi Mixail Zabelindir.

Xəbər lenti
0