18:18 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
SİYASƏT
Qısa URL
22 0 0

42 saylı Sumqayıt ikinci, 88 saylı Göyçay, 51 saylı Qusar seçki dairələrindən olan şikayətlər baxılması üçün müvafiq DSK-lara göndərilib, 16 saylı Yasamal ikinci dairəsindən olan şikayət isə təmin edilməyib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 42 saylı Sumqayıt ikinci, 88 saylı Göyçay, 51 saylı Qusar seçki dairələrindən olan şikayətlər baxılması üçün müvafiq DSK-lara göndərilib. 16 saylı Yasamal ikinci dairəsindən olan şikayət isə təmin edilməyib.

Qeyd edək ki, MSK-nın fevralın 13-də keçirilmiş iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edilib.

Nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Əsas mövzular