SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bir neçə dairə ilə bağlı şikayət DSK-lara göndərilib

© Sputnik / Murad OrujovПарламентские выборы в Баку, 9 февраля 2020 года
Парламентские выборы в Баку, 9 февраля 2020 года - Sputnik Azərbaycan
Abunə olmaq
MSK iclasında 82 saylı Ağcabədi seçki dairəsi, 94 saylı Bərdə kənd seçki dairəsi, 56 saylı Xaçmaz kənd seçki dairəsi və 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə müraciətlərə baxılıb

BAKI, 15 fevral — Sputnik. Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar bir neçə seçki dairəsində səsvermə nəticələri ilə bağlı müraciətə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, həmin müraciətin müvafiq Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.

Belə ki, iclasda 8 saylı Binəqədi Birinci, 15 saylı Yasamal Birinci, 18 saylı Nərimanov-Nizami, 29 saylı Səbail, 56 saylı Xaçmaz Kənd, 72 saylı Yardımlı-Masallı, 82 saylı Ağcabədi, 94 saylı Bərdə Kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa, 61 saylı Neftçala Seçki dairələri üzrə müraciətləri araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Xəbər lenti
0