SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Təcili yardımla seçici daşınmasına rəsmi münasibət

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Onun sözlərinə görə, kollektivin xahişini nəzərə alaraq təcili tibbi yardım avtomobilinin ayrılmasına icazə verib. E.Novruzov qanun pozuntusuna yol verdiyi üçün TƏBİB tərəfindən ciddi cəzalandırılıb.

BAKI, 11 fevral — Sputnik. Kürdəmirdə işçilər təcili tibbi yardım maşınında seçkiyə getdiyi üçün baş həkim cəzalandırılıb.

TƏBİB-dən Sputnik Azərbaycan-a bildirilib ki, Təcili Tibbi Yardım Stansiyasının baş həkimi Eynulla Novruzov izahatında hava şəraiti pis olduğu üçün bu addımı atdığını qeyd edib. Onun sözlərinə görə, kollektivin xahişini nəzərə alaraq təcili tibbi yardım avtomobilinin ayrılmasına icazə verib. E.Novruzov qanun pozuntusuna yol verdiyi üçün TƏBİB tərəfindən ciddi cəzalandırılıb.

Qeyd edək ki, işçilərin 57 saylı seçki dairəsinə təcili tibbi yardım maşınında getməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış video geniş müzakirə olunmuşdu.

Xəbər lenti
0