SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Vladimir Putin İlham Əliyevi təbrik edib

© AZƏRTACAzərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə
Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Prezidenti Azərbaycanda keçirilən parlament seçkilərilə bağlı azərbaycanlı həmkarına məktub göndərib

BAKI, 11 fevral — Sputnik. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə səmimi təbriklərimi qəbul edin.

Xalq səsverməsinin yekunları Sizin başçılıq etdiyiniz partiyanın Azərbaycan vətəndaşları arasında nüfuzunun yüksək olduğunu əyani təsdiq etdi.

Ümidvaram ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətləri bundan sonra da möhkəmlənəcək.

Sizə və Sizin silahdaşlarınıza yeni-yeni uğurlar, Azərbaycan xalqına isə firavanlıq və rifah arzu edirəm".

Xəbər lenti
0