CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş Qərargah rəisi NATO generalı ilə Qarabağı müzakirə etdi - VİDEO

© AR Ministry of DefenceNəcməddin Sadıkov Tod Voltersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Nəcməddin Sadıkov Tod Voltersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Baş Qərargah rəisi NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirərək Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib

BAKI, 6 fevral — Sputnik. Fevralın 6-da Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə işgüzar səfərdə olan NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı və Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Avropa komandanı general Tod Voltersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qonağı salamlayan general-polkovnik N.Sadıkov ötən ilin iyul ayında Bakıda keçirilən görüşü xatırladaraq ölkəmizlə NATO arasında 26 il davam edən əlaqələrin inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və hərbi qulluqçularımızın Əfqanıstandakı "Qətiyyətli Dəstək" Missiyasına verdiyi töhfəni diqqətə çatdırıb.

Baş Qərargah rəisi bildirib ki, müxtəlif sahələrdə aparılan Azərbaycan-NATO əməkdaşlığının əsas məqsədi Avro-Atlantik məkanda, həmçinin dünya miqyasında vahid təhlükəsizlik sisteminin yaradılmasında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasıdır.

© AR Ministry of DefenceAzərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla ABŞ Silahlı Qüvvələrinin Avropa komandanı general Tod Voltersin görüşü
Baş Qərargah rəisi NATO generalı ilə Qarabağı müzakirə etdi - VİDEO - Sputnik Azərbaycan
Azərbaycan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla ABŞ Silahlı Qüvvələrinin Avropa komandanı general Tod Voltersin görüşü

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu və danışıqlar prosesinin bu günədək nəticəsiz qaldığını xatırladaraq məsələnin həlli yolunun beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərini yerinə yetirməyə məcbur edilməsi olduğunu xüsusi qeyd edib.

Baş Qərargah rəisi NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirərək Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində general T.Volters Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.

General T.Volters NATO-nun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Qonaq səmimi qəbula və göstərilən qonaqpərvərliyə, həmçinin Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə növbəti görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.

Xəbər lenti
0