CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev Rusiya telekanalına müsahibə verdi

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев
Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Davos Dünya İqtisadi Forumu işə başlayır və yanvarın 24-dək davam edəcək. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib

BAKI, 21 yanvar — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində "Rossiya 1" telekanalının azərbaycanlı jurnalisti Nailə Əsgərzadəyə müsahibə verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Nailə Əsgərzadə öz "İnstagram" səhifəsində paylaşıb.

"Ənənəvi olaraq Davos forumunda işə Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibə ilə başlayıram. Efiri izləyin", - deyə Əsgərzadə yazıb.

Xatırladaq ki, bu gün Davos Dünya İqtisadi Forumu işə başlayır və yanvarın 24-dək davam edəcək. Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib.

Xəbər lenti
0