SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa Parlamentindən mühüm addım: Dövlətlərin ərazi bütövlüyü dəstəkləndi

© AFP 2023 / FREDERICK FLORINЗаседание Европейского парламента
Заседание Европейского парламента  - Sputnik Azərbaycan
Abunə olmaq
“Avropa İttifaqı bütün Şərq tərəfdaşlığı ölkələrinin beynəlxalq norma və prinsiplər əsasında beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliklərinin dəstəklənməsi üzrə öhdəliklərini təsdiq edir”

BAKI, 15 yanvar — Sputnik. Avropa Parlamentində “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamənin səsverməsi başa çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, səsvermədə iştirak edən 704 deputatdan 454-ü qətnamənin lehinə səs verib.

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı ilə görüşüb - Sputnik Azərbaycan
SİYASƏT
NATO rəsmisi: “Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik”

Qətnamə yeni redaksiyada qəbul edilib. Dekabr ayında sənədə tərəfdaş dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı maddə əlavə edilib:

“Avropa İttifaqı bütün Şərq tərəfdaşlığı ölkələrinin beynəlxalq norma və prinsiplər əsasında beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliklərinin dəstəklənməsi üzrə öhdəliklərini təsdiq edir”.

Həmin maddə həmçinin “münaqişədən ziyan çəkən ölkələrin vətəndaşlarına – qaçqın və məcburi köçkünlərə dəstəyin” gücləndirilməsi vurğulanır.

Bu qətnamənin qəbul olunması Cənubi Qafqaz üçün onu ifadə edir ki, Ermənistan Qarabağın və Azərbaycanın digər ərazilərinin işğalçısı qismində anti-Azərbaycan və işğalyönümlü sənəd və müzakirələri təşviq edə bilməyəcək.

Azərbaycan öz növbəsində, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş məcburi köçkünlərin problemlərinin həllində yeni mexanizm əldə edir.

Xəbər lenti
0