SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

MSK YAP üzvünün namizədliyini qeydə almayıb

© Sputnik / Murad OrujovЗдание Центральной избирательной комиссии Азербайджана
Здание Центральной избирательной комиссии Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni Azərbaycan Partiyasının (YAP) öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş üzvünün namizədliyi qeydə alınmayıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 15 yanvar – Sputnik. Yeni Azərbaycan Partiyasının (YAP) öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş üzvünün namizədliyi qeydə alınmayıb.

Qəbələdə bələdiyyə seçkiləri - Sputnik Azərbaycan
SİYASƏT
MSK Bələdiyyə seçkiləri ilə bağlı qərar verdi – Nəticələr təsdiqləndi  

Sputnik Azərbaycan xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib ki, namizədliyini 96 saylı Goranboy-Naftalan seçki dairəsindən irəli sürmüş Topçuyev Azər Yusif oğlu öz sənədlərini dairə seçki komissiyasına təqdim etməkdən imtina edib.

Onun sözlərinə görə, dairə seçki komissiyasına inanmadığı üçün sənədlərini DSK-ya təqdim etməyib və daha sonra valideynlərinin iştirakı ilə sənədlərini təqdim edəcəyini bildirib. Ancaq valideyinləri gəlsə də, namizəd yenə də sənədlərini təqdim etməyib. Belə olan halda dairə seçki komissiyası onun namizədliyini qeydə almayıb. Lakin namizəd sonradan Mərkəzi Seçki Komissiyasına müraciət edərək namizədliyinin qeydə alınmamasından şikayət edib.

MSK müraciətə baxaraq namizədin müraciətinin əsassız olduğunu bildirib və DSK-nın qərarını qüvvədə saxlayıb.

Xəbər lenti
0