CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat olmaq istəyənlərin sayı bəlli oldu

© Sputnik / Murad OrujovРабочее место депутата парламента Азербайджана
Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
"Yanvarın 10-u son gündür. Qarşıdan bayram günlərinin gəlməsinə baxmayaraq, bizim üçün həmin günlər adi iş günləri olacaq"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 dekabr - Sputnik. Parlament seçkiləri ilə bağlı siyasi partiyalardan 11-nin səlahiyyətli nümayəndələrlə bağlı iddiası təmin olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu MSK-nın iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.

O əlavə edib ki, artıq deputat olmaq istəyən şəxslər dairələrə müraciət etməyə başlayıblar:

“Siyasi partiyaların fəallığı başlayıb. İndiyədək 469 nəfər deputat olmaq üçün namizədliyini irəli sürüb. Nəzərə alsaq ki, parlamentdə 125 deputat yeri var, bu olduqca böyük göstəricidir. Vətəndaşlar öz namizədliklərini fərdi şəkildə irəli sürüblər, lakin onlar arasında kifayət qədər partiya mənsubiyyəti olan şəxslər də var. Hazırda 233 iddiaçının 155-i imza vərəqi alıb. Həqiqi mənada mübarizə gələn həftədən başlayacaq. Namizədlərin qeydə alınması yanvarın 10-dək davam edəcək. Yanvarın 10-u son gündür. Qarşıdan bayram günlərinin gəlməsinə baxmayaraq, bizim üçün həmin günlər adi iş günləri olacaq".

Xəbər lenti
0