CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

ABŞ-ın Azərbaycandakı səfiri prioritetlərini açıqladı

© Photo : Consulate General of Azerbaijan in Los AngelesФлаги США и Азербайджана
Флаги США и Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycanla təhlükəsizlik sahəsində də əməkdaşlığımızı davam etdirərək, ölkənin suverenliyinə, müstəqilliyinə böyük hörmətimizi ifadə edirik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 dekabr — Sputnik. "Əsas prioritetim burada olduğum müddətdə uğurla inkişaf edən Azərbaycan-ABŞ əlaqələrini davam etdirmək və daha da genişləndirməkdir".

Örl Litsenberger - Sputnik Azərbaycan
SİYASƏT
Amerika səfirinin "soyqırım" açıqlaması çaşdırdı

Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqer bildirib.

Səfir qeyd edib ki, yalnız hökumətlərarası deyil, insanlar arasında da əlaqələri inkişaf etdirmək vacibdir: "Məmnunluqla qeyd edirəm ki, bir çox sahələrdə böyük nailiyyətlərimiz var. Bu nailiyyətlərdən biri də Kənd Təsərrüfatı naziri İnam Kərimovun bu yaxınlarda Kənd Təsərrüfatı Forumunda iştirak etmək üçün ABŞ-a səfər etməsidir. Orada biz iki ölkə arasında ticarət, biznes və kənd təsərrüfatı sahəsində bilik və təcrübə mübadiləsi ilə bağlı razılaşma əldə etmişik. Azərbaycanla təhlükəsizlik sahəsində də əməkdaşlığımızı davam etdirərək, ölkənin suverenliyinə, müstəqilliyinə böyük hörmətimizi ifadə edirik. Eyni zamanda vətəndaşlarımız arasında mübadilə proqramlarını, xüsusilə təhsil sahəsində olan mübadilə proqramlarını uğurla davam etdiririk. Ümid edirik ki, Azərbaycanda ingilis dili tədrisi sahəsində müəyyən uğurlara nail olacağıq".

Xəbər lenti
0